Əsas səhifə > Ümumi > Motsart – uşaqlar üçün

Motsart – uşaqlar üçün

Motsart-Effekt

Çoxsaylı araşdırmalar təsdiqləmişdir ki, klassik musiqi yalnızca psixoloji rahatlıq hissi yaratmır, həmçinin diqqəti, intellekti və yaradıcılıq fəaliyyətini də artırır, hələ kiçik vaxtlarında uşağın daxili potensialıını üzə çıxarmağa köməklik edir.

1950-ci illərin əvvəllərində Fransada istedadlı araşdırmaçı həkim-foniatr və otorinolarinqoloq Alfred Tomatis, eşitmə orqanına xarici səslərdən cuşa gələrək beyini və onun vasitəsilə də bütün bədəni enerji ilə dolduran generator kimi baxmağı təklif etmişdi.

Alfred Tomatis, musiqini, nitqi düzəltmək məqsədilə eşitmə neyronlarını stumil etmək və uşaqlarla rabitə yaratmaq üçün istifadə edirdi.

Bəstəkarlardan o, xüsusilə V.A. Motsartı seçmişdi. Tomatisin araşdırmalarına görə Motsartın tonal səs xətti insanın səs rənginə yaxındır. Bundan əlavə bəstəkar öz əsərlərində beyin yarımkürələrinin bioritmləri ilə uyğunlaşan yumşaq otuzsaniyəlik “forte” (yüksək), “piano” (sakit), keçidlərdən istifadə edir.

Nəticədə Tomatis istifadəyə «Motsart-Effekt» terminini gətirdi.

Effekt ondadır ki, kiçik vaxtlarından Motsart dinləyən uşaqlar (3 yaşa qədər) daha ağıllı oldur.

Uşaqlarınıza Motsart dinlədin.
Mozart For Babies (music album)

Kateqoriyalar: Ümumi
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın