Əsas səhifə > Fotoqrafiya > Diafraqma (Aperture) anlayışı

Diafraqma (Aperture) anlayışı

Doğrusu terminlərin azərbaycanca qarşılıqlarını dəqiq bilmədiyim üçün, çalışacağam mümkün qədər yaxın tərcümə edim və qarşısında da mötərizədə ingiliscə əslini yazacağam.

Bu yazını oxumazdan əvvəl sizə DSLR nədir yazısını oxumağı məsləhət görürəm.

Diafraqma (Aperture) nədir?

1. Diafraqma (Aperture), obyektivdə (Lens) olan dəlikdir, hansı ki, işıq bu dəlikdən kameranın içərisinə düşür.

 

2. Diafraqma ölçüləri.

Diafraqmanın tək məqsədi obyektivdən içəri düşən işığın miqdarını azaltmaq və ya artırmaqdır.
Diafraqmanı göstərən dəyər F hərfi ilə göstərilir. F dəyəri nə qədər kiçik olarsa diafraqma o qədər açıq, nə qədər böyük olarsa diafraqma o qədər bağlı olur. Yəni tərs mütənasib: f/1:1.4 daha açıq diafraqma f/1:32 daha bağlı.

Dairənin ölçüsü obyektivin diafraqmasının ölçüsünü göstərir. Diafraqma dəyəri (f) nə qədər böyükdürsə diafraqma dəliyi o qədər kiçikdir.

3. Dəqiqlik dərinliyi (Depth of Field) nədir?

Bir amilə diqqət yetirmək vacibdir ki, diafraqma ölçüsü dəqiqlik dərinliyinə birbaşa təsir edir belə ki; f dəyəri nə qədər yüksək olarsa (məs: f/1:32)  diafraqma dəliyi o qədər kiçikdir və bu o deməkdir ki, çəkilən cismin ətrafında, yaxınında, hətta uzağında olan digər obyektlər də mümkün qədər dəqiq düşəcəklər. F dəyəri aşağı olduqda isə (məs: f/1:1.4) əsas çəkilən obyekt fondan seçiləcək və dəqiqlik sahəsi kiçiləcək.
Sol tərəfdəki şəkildə Diafraqma  f/2.8, sağ tərəfdəkində isə  f/8.0

Ümumiyyətlə diafraqma dəyərinin kameranın içərisinə düşən işığın azaltmasınının hesablama qaydası belədir:

f/1:1.2

f/1:1.4 = 1.2 x 1.2

f/1:1.8 = 1.2 x 1.2 x 1.2

f/1:2 = 1.2 x 1.2 x 1.2 x 1.2

f/1:2.8 = 1.8 x  1.8

və s.
Yəni: Bu nümunəyə baxarsaq f/1:1.2 – f/1:1.4 dəyərindən 2 dəfə çox işıqlıdır. və yaxud  f/1:1.4 –  f/1:2 dəyərindən də həmçinin.

Kateqoriyalar: Fotoqrafiya
  1. 15 May 2012 tarixində, saat 17:39

    Yazına görə çox sağ ol fotoqrafiya ilə məşqul olanlar demək olar ki Azərbaycan dilini mükəmməl bilənləri az olduqu ücün terminlər və izahlı Lüğət yoxdur 1965 ci ildə belə bir kitab olub ümüd ediriki 2012 də biz də terminlər lüğəti buraxmaq istəyirik Sizində bu işdə bizə kömək etsəniz sevinərdik .

    • 17 May 2012 tarixində, saat 23:55

      Əlbəttə! Nə kimi köməklik lazımsa, əlimdən gələni edərəm.

  1. No trackbacks yet.

Bir şərh yazın