Əsas səhifə > Fotoqrafiya > ISO anlayışı

ISO anlayışı

ISO anlayışı – Yeni başlayanlıar üçün

ISO dəyərinin necə işlədiyini yaxşı bilmədən,yaxşı şəkil çəkmək çox çətindir.
Kamerada ISO dəyəri 3 vacib amildən birini təşkil edir (digərləri Diafraqma və Gözləmə) və hər fotoqraf onu yaxşı bilməlidir.

ISO nədir?
ISO kameranın işıqlanmaya olan həssaslığı ölçüsüdür. ISO dəyəri nə qədər aşağı olarsa, kamera işığa o qədər az həssasdır, ISO dəyəri nə qədər yüksək olsa, kameranın işığa həssaslığı yüksəkdir. Kameranın daxilindəki həssaslığı ölçən hissə “sensor” adlanır. Bu hissə kameranın ən vacib və ən qiymətli hissəsidir. “Sensor” işığı şəkilə çevirir. Yüksək ISO dəyəri ilə “Sensor”, qaranlıq şəraitdə, işıqlandırmasız, şəkillər çəkə bilər. Ancaq bu zaman şəkildə əlavə “küy” (nöqtələr) əmələ gəlir.
Şəkilə baxın

Sol tərəfdə ISO dəyəri 200, sağ tərəfdə isə 3200-dür. Göründüyü kimi sağdakı şəkildə “küy” var. Bu ISO dəyərinin yüksək olmasındandır.

Hər bir kameranın öz ən aşağı dəyərdən başlayan “baza ISO” var.
Bir çox Nikon modellərində, məsələn: Nikon D5100, “baza ISO 200 dəyərindən başlayır, bir çox Canon kameralarında isə bu dəyər daha aşağı, yəni 100 dür. Beləliklə, şəkil çəkərkən, ən yaxşı nəticəni almaq üçün kameranın imkan verdiyi “baza ISO” dəyərində qalmalıyıq. Ancaq bunu zəif işıqlanmış yerlərdə etmək mümkün deyil.
Qayda olaraq, ISO dəyəri 100-200 (baza ISO) dəyərlərindən başlayır və həndəsi proqress üzrə yüksəlir (ikiqat pillə): ISO 100, 200, 400, 800, 1600, 3200, 6400 və s.. Vacibdir yadda saxlayaq ki, hər ISO fəyəri arasında “sensor”un işığa həssaslığı iki dəfə artır. Yəni, ISO 200 iki dəfə ISO 100 dən daha həssasdır. ISO 400 isə öz növbəsində ISO 200 dən iki dəfə həssasdır. Bu isə o deməkdir ki, ISO 400 artıq dörd dəfə ISO 100 dən həssasdır.
Bəs 4 dəfə, 8 dəfə, 16 dəfə işığa daha həssas nə deməkdir?
Bu o deməkdir ki, “sensor” üçün şəkili yadda saxlamağa 16 dəfə (8 dəfə, 4 dəfə və s) daha az vaxt lazımdır.

Nümunə:
ISO 100 – 1 saniyə
ISO 200 – 1 / 2 (yarım) saniyə
ISO 400 – 1 / 4 (çərək) saniyə
ISO 800 – 1 / 8 (səkizdə bir) saniyə
ISO 1600 – 1 / 16 (onaltıda bir) saniyə
ISO 3200 – 1 / 32 (otuz ikidə bir) saniyə

yuxarıdakı nümunəyə əsasən, əgər kamera “sensor”u ISO 100 dəyərində şəkili çəkmək üçün 1 saniyə vaxta ehtiyac duyursa, ISO dəyərini 800 etməklə bu vaxtı 1/8, yəni 125 millisaniyə etmək olar. Bu dəyər şəkildə böyük dəyişiklikdir, yəni bu cür üsulla hərəkətli anları dondurmaq mümkündür (sürətlə gedən maşın, qaçan idmançı və s.).

Kateqoriyalar: Fotoqrafiya Etiketlər: , , ,
  1. 3 Mart 2012 tarixində, saat 03:42

    Hə,düzdür,amma başlığı oxuyanda elə bildim .iso formatlı fayllar haqqındadır))

  1. No trackbacks yet.

Bir şərh yazın