Əsas səhifə > Fotoqrafiya > DSLR nədir?

DSLR nədir?

DSLR – “Digital Single Lens Reflex”, sadə dillə desək, DSLR – Obyektivə düşən işığı, güzgülər vasitəsilə vizor (gözlük) da görməyimizi təmin edən fotokameradır.

DSLR kamera hansı hissələrdən ibarətdir?




1) Obyektiv
2) Güzgü
3) Örtük
4) Şəkil sensoru
4) Mat fokus ekranı
5) Kondenser linza
6) Pentaprizma
7) Vizor/Gözlük






2) DSLR kameralar necə işləyirlər?
Vizordan baxdıqda siz, çəkmək istədiyiniz şəkili görürsünüz.
Siz vizordan gördüyünüz şəkil, işıq formasında, linzadan keçərək, kameranın içərisində 45 dərəcəli bucaq şəklində yerləşdirilmiş güzgüyə düşür (# 2), və güzü də öz növbəsində bunu pentaprizmaya (# 7) ötürür. Pentaprizma şaquli işığı vizorun içərisindəcə, iki ayrıca güzgüyə yönəltməklə, üfiqiyə çevirir (# 8).
Şəkili çəkərkən, Güzgü (# 2) yuxarı qalxaraq, yuxarıdan düşən işıqların yolunu kəsir və obyektivdən gələn işığın birbaşa düşməsini təmin edir. Sonra örtük (# 3) açılır və işıq, sensora düşür (# 4). Örtük (# 3), Sensorun (# 4) şəkili yaddaşa yazmaq üçün lazım olan vaxta qədər açıq qalır və sonra örtük (# 3) bağlanır və güzgü (# 2) 45 dərəcəyə qayıdır ki, yenidən işıq Vizora düşsün.
Əlbəttə ki, əməliyyat bununla bitmir. Sonra kameranın daxilində şəkili işləmə əməliyyatları gedir, prosessor, sensordan məlumatı alır və onu lazımi formata çevirərək yaddaş kartına göndərir. Bu prosses çox az vaxt aparır.

Kateqoriyalar: Fotoqrafiya
  1. ilkin
    18 Noyabr 2011 tarixində, saat 20:22

    basqa bele maraqli text-lerde olacaq???? fotoya aid

    • 21 Noyabr 2011 tarixində, saat 02:32

      Bəli. mütəmadi olaraq, fotoqrafiya ilə bağlı yazılar yazmağa çalışacağam.

  1. No trackbacks yet.

Bir şərh yazın