Əsas səhifə > Yüksək texnologiyalar > USB dən Windows quraşdırmaq.

USB dən Windows quraşdırmaq.

Netbukumda CD rom olmadığı üçün Windows əməliyyat sistemini məcbur oldum ki, USB yaddaş qurğusu vasitəsilə quraşdıram. Əvvəllər bunu heç vaxt etmədiyim üçün axtarış etdim və bir sürü üsul çıxdı. Üsulların bir neçəsinin istifadə qaydasını oxuduqda ilk dəfə təcrübədən keçirən üçün çətin olduğunu gördüm və daha asan üsul tapana qədər axtarışı davam etdirməyi qərara aldım və deyəsən tapdım 🙂

İki üç kliklə yaddaş qurğusunu hazır edən üsul – Novicorp WinToFlash!

Proqram digər bənzərlərindən fərqli olaraq 3-4 avtomatik addımda aşağıdakı ditirbütivləri USB yaddaş qurğusuna yazır:

Windows XP/2003/Vista/2008/7

http://wintoflash.com/download/en/ linkə keçərək proqramın son versiyasını yükləyin.  Proqramı quraşdırmaq lazım deyil. Yüklənən arxivi hər hansı bir qovluğa boşaldıb qovluqdakı “WinToFlash.exe” faylına klikləyərək proqramı işə salırıq. İlk səhifədə Böyük yaşıl düyməyə kliklədikdən sonra bir səhifə gəlir o səhifədə də İRƏLİ düyməsinə klikləyirik.

Açılan səhifədə iki seçim hissəsi vardır. Birinci hissədə Ditsirbütiv olan qovluğu, ikinci hissədən USB yaddaş qurğusunu seçirik və İRƏLİ düyməsinə klikləyirik.

Bundan sonrasını proqram özü edəcək. Gedib çay içirik (kofe də olar, cappuccino olmaz yoxsa proqram işləməyəcək:) )

Kateqoriyalar: Yüksək texnologiyalar
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın