Əsas səhifə > Yüksək texnologiyalar > Windows`da disklərin hərflərini dəyişmək.

Windows`da disklərin hərflərini dəyişmək.

Bəzən sistemi yenidən quraşdırdıqda və ya sistemə yeni disklər qoşduqda disklərin hərflərinin yerləri səhv düşür və bu narahatlıq yaradır. Hərfləri sistemin özündə dəyişdirmək olur ancaq BU zaman artıq istifadə olunan hərflərdən deyil, yeni hərflərdən istifadə etməli oluruq. Bu isə eynilə narahatdır. Bəs disklərin hərflərinin yerlərini istədiyimiz kimi dəyişdirə bilmərikmi? Bilərik!
Necə?

Sistemə administrator kimi daxil olun.
Regedt32.exe açın (Windows XP`də Regedit.exe).
Bu bölməyə keçin:
HKEY_LOCAL_MACHINE \ SYSTEM \ MountedDevices
MountedDevices üzərində sağ düyməni sıxın və icazə (Разрешения) hissəsinə keçin və administratorun tam hüquqa malik olduğuna əmin olun (yazma və dəyişmə), Əgər tam hüquqa malik deyilsə dəyişiklik etməyə icazə verin.
“Regedt32.exe” bağlayın və “Regedit.exe” açın
Bu bölməyə keçin:
HKEY_LOCAL_MACHINE \ SYSTEM \ MountedDevices
Dəyişilməsi lazım olan Diski tapın, Məsələn: «\ DosDevices \ C:”. Diskin adı üzərində sağ düyməni sıxıb Yenidən adlandırma (Переименовать) seçin. Diskin adını İstənilən bir hərflə dəyişdirin, Məsələn: “\ DosDevices \ Z:».
Qeyd: Bu “C” hərfini boşaltmaq üçündür. MƏşğul olan hərfi ikinci diskə tətbiq edə bilmərik.
İkinci adını dəyişdirəcəyimiz diski seçin, Məsələn: «\ DosDevices \ D:».
Eynilə diskin adı üzərində sağ düyməni sıxıb Yenidən adlandırma (Переименовать) seçin və diskin adını “\ DosDevices \ C:” olaraq dəyişdirin.
Əvvəlcədən adını dəyişdirdiyimiz (“\ DosDevices \ Z:») diski seçib eyni əməliyyatla adını “\ DosDevices \ D:» edin.
Нажмите значение \ DosDevices \ Z:, выберите команду Переименовать и назовите его обратно в “\ DosDevices \ D:».
“Regedt.exe” bağlayın və “Regedit32.exe” açın (Windows XP`də lazım deyil.)
İlk addımlarda verdiyimiz dəyiklik icazəsini geri alın.
“Regedit32.exe” bağlayın və sistemi yenidən başladın (Перезагрузка)

Kateqoriyalar: Yüksək texnologiyalar
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın