Əsas səhifə > Yüksək texnologiyalar > Önyüklənən, MSDOS-lu USB yaratmaq.

Önyüklənən, MSDOS-lu USB yaratmaq.

Bildiyimiz kimi bəzi işləri görmək üçün MSDOS rejimində yüklənmək laızmdır, bunu etmək üçün ya Floppy A yaxud CD  daşıyıcılarından istifadə edirik. Müasir kompüterlərdə ümumiyyətlə Floppy A  daşıyıcısı üçün giriş olmur, deməli bu üsul əlçatmazdır, CD-ni isə bircə də MSDOS rejimində yüklənəcəyik deyə xarab etmək? mənə sərf etmir şəxsən). Qalır bir variant, USB yaddaş qurğusu! Ancaq bu qurğunu normal üsulla MSDOS önyükləmə rejiminə salmaq mümkün deyil. Necə edəcəyimizi indi biləcəyik.

1. USB yaddaş qurğusunu kompüterə qoşun.

2. Bu linkdən lazım olan arxivi yükləyin.

3. Arxivdəki faylları bir qovluğa boşaldın. Arxivdə iki qovluq və bir Proqram var.

4. Qovluqdakı HP_USB_Disk_Storage_FormatTool_2.2.3.exe faylını açın.

proqramı açan kimi “Device” yazılan hissədə kompüterə qoşulu olan USB qurğuların siyahısı olacaq.

5. “Device” bölməsindən Önyükləməli etmək istədiyiniz qurğunu seçin.

6. “File system” bölməsindən FAT32 seçin.

7. “Create a DOS startup disk using system files located at:” hissəni işarələyib seçim yerindən Arxivi boşaltdığımız qovluqdakı “dos” qovluğundakı faylalrı seçirik.

8. START! Flashdəki faylların silinəcəyi barədə sorğu gələcək və bizdən format etməkdə əmin olub olmadığımızı soruşacaq. HƏ deyin.

Format bitdikdən sonra bitmə barədə məlumat pəncərəsi çıxacaq. OK deyib pəncərəni bağlayırıq.

9. Arxivi boşaltdığımız qovluqdakı USB qovluğunun içərisindəkiləöri bütünlüklə kopyalayıb yaddaş qurğusuna atırıq

və bununla da əməliyyat bitmiş olur.

Yekun olaraq yaddaş qurğusundakı faylların görünüşü belə olmalıdır.


Əgər sizdə  IO.SYS və CONFIG.SYS  faylalrı görsənmirsə kompüterinizdə gizli fayllar göstərilməsi bağlıdır.

BİOSa daxil olun, BOOT bölməsindən First boot device kimi USB seçin. Əgər hərş şeyi doğru etmisinizsə MSDOS rejimində Volkov Commander açılmalıdır.

Kateqoriyalar: Yüksək texnologiyalar
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın